Salı, Nisan 17, 2012

Diqqetle Oxuyun

Məni bezdirən QadIN

Onun əlindən boğaza yığılmışam. Amma yenə zəng edir, hətta rayonda ola-ola, soraqlaşıb mobil telefonumu da tapıb. Qohumlarım nə qədər bundan imtina etsələr də, əlaqə telefonumu əldə edə bilib. Mən onun son ümidiyəm. Ən sonuncu... Qadının dərdi böyükdür. Oğlu əldən gedir. Gedir deyəndə ki, ölüb eləməyib, sadəcə, ailə qurandan sonra anasından üz döndərib.

O, ata-anasının gözünün işığıdır. Valideynlər oğullarını nişanlayıb, məclisin şirinlik konfetini yeyib qurtarmamışdılar ki, qudalar arasında söz-söhbət yarandı. Oğlana qızı anası bəyəndirmişdi. O özü qızla əlaqəsi olan cavanlardan deyildi. Di gəl ki, indi də bu problem ortaya çıxmışdı. Bunun səbəblərini açıb oğluna danışanda övladı "mənim həyatımla oynayırsan, bu ailəni özün bəyənmişdin, amma indi yola getmirsən" - dedi. Problem axırda belə həll olundu ki, nişan qayıtdı, iki ayda isinişmiş qız da, oğlan da boyunlarını bükərək, bir-birlərinə kənardan baxışmağa başladılar.

Oğlan düz 3 il nişanlanmadı. Anasıyla əlaqələrini kəsib üzünə baxmadı. Amma sonradan yumşaldı. Ürəyindəki sevgini dənf etmiş bu cavan hətta anasının bəyəndiyi ikinci qıza da baxmağa getdi. Bəyəndi də. Təmtəraqla toy elədilər, evə gəlin gətirdilər. Amma...

Toydan üç ay sonra yenə söz-söhbət, umu-küsü başlandı. Amma bu dəfə gəlinlə qaynana arasında. Ana gəlinini yola gətirmək üçün çox çalışdı. Oğlan anasına məxsus evi tərk etdi, qaynatası ilə köməkləşib, yeni mənzil aldı, valideynlərindən birdəfəlik üz döndərdi.

İki ildir danışmırlar. Ana oğlunun bu cür dönüklüyündən əzab çəkərək, mənə üz tutub. Əlaqə nömrəmi taparaq zəng eləyir. "Alo" deməyimə peşman oluram. "Qurban olum bala, son ümidim sənsən, məni oğlumla barışdır" - dedi: "Mən övladımın səsindən ötrü şişirəm. Oğlumun səsini eşitmək üçün ölürəm".

Övladının da anası kimi inadkar olduğunu bilsəm də, bu müqəddəs varlığın mənə olan son ümidini qırmaq istəmədim: "Yaxşı, çalışaram" - dedim.

İndi mənim üzərimə böyük bir məsuliyyət düşüb, çiyinlərimə isə ağır yük. Oğlanla görüşüb bu problemi həll etmək istədim. Görüşümüz nə az-nə çox - 1 saat 45 dəqiqə çəkdi. Onu yola gətirmək istədim: "Bax, neçə ildir evlənmisən, amma övladın yoxdur. Nə qədər ki, anan sənin üzünə həsrətdir, göz yaşları axıdır, övladın olmayacaq".

- Mən onunla barışa bilmərəm.

- Sənə kim deyir ki, barış, heç olmasa icazə ver, hərdən sənə zəng vursun.

- Fikirləşərəm.

- Bir ay fikirləşmək üçün bəs edər?

- Baxaram.

Ayrıldıq. Bir aydan da artıq vaxt keçəndən sonra yenidən görüşdük. Özü də axşam, onun evində...Gərginliyi yumşaltmaq üçün anaların övladın çiyinindəki müqəddəs borcdan söhbət saldım. Diplomat, siyasətçi olmasa da, söhbətin nə üçün bu məcraya yönəldiyini aydın şəkildə başa düşdü.

- Sən məndən 1 ay vaxt istəmişdin.

- Bilirsən Anar, xahiş edirəm, ailə işimə qarışma. Bunu biz özümüz bilərik.

- Axı...

- Mən səndən xahiş etdim.

Mübahisəmiz daha da gərginləşdi, söhbətimiz uzandı. Bir də baxdım ki, gecə saat 4-dür. Biz 5 saata yaxındır mübahisə edirik. Yerimizə uzanıb yatmağa hazırlaşdıq. Amma gözümə yuxu çox gec gəldi. Saat 5-dək yata bilmədim. Mən indi anaya nə cavab verim, necə deyim ki, oğlun səni birdəfəlik atıb, sən bir də onun üzünü görməyəcəksən.

Ana indi də zəng edir, hər həftə, hər gün. Mənsə ona yalanlar uydururam: "Bu həftə görüşə bilməmişik, vaxtı yoxdur". Ananın sualları bitib-tükənmir:

- Nə təhərdir? Xəstələnib eləməyib?

- Yox, səsindən başa düşdüm ki, kefi kökdür.

- Onun səsinə qurban olum. Oğluma gələn qada-bala mənə gəlsin. Sənə də qurban olum bala.

- Allah eləməsin xala.

- Qurban olum bala, gör neynirsən. Heç olmasa bircə dəfə, uzaqdan da olsa səsini eşidim övladımın. Onun nəfəsinə qurban olum.

- İnşallah, xala, inşallah.

O, hər gün zəng edir. Mənsə aldadıram. 

Salı, Nisan 03, 2012

Biznesde Liderlik

Lider istənilən qrupda, təşkilatda və insanların müxtəlif birlik və sosial sistemlərində obrazdır, roldur. Bu obraz öz daxili strukturuna və yeniləşmə dərəcəsinə görə rəngarəng və generativdir
Liderlik kommunikasiya prosesi ilə müəyyən situasiyada mövcud olan şəxslər arası qarşılıqlı təsir olub müəyyən məqsəd və məqsədlərə istiqamətlənir. Başqa sözlə desək liderlik insan qrupuna təsir edir ki, onu qarşıda duran məqsədlərə nail olmağa ruhlandırır. Liderlik ümumi məqsədlərə nail olmağa kömək edən insanlara təsirdir. Güc və məcburiyyət liderlikdə ruhlandırma və həvəsləndirmə ilə əvəz edilir. Bunun nəticəsində təsir mexanizmi liderin tələblərinin insanlar tərəfindən hakimiyyəti istifadə etmədən qəbul etməyə imkan verir. Liderlik situasiya üçün ən effektiv elə tip qarşılıqlı münasibətlərdir ki, müxtəlif hakimiyyət mənbələrindən istifadə edərək insanları ümumi məqsədlərə nail olmağa həvəsləndirir. Beləliklə liderlik liderin davamçıların və situasiya dəyişənlərinin funksiyasıdır. Liderlik də hakimiyyət kimi insanın malik oldu potensialdır.
Liderlik münasibətlərini fərqləndirən odur ki, davamçılar liderliyi o zaman qrup və ya təşkilatın tərkib hissəsi kimi qəbul edirlər ki, lider öz komponentliyini və dəyərliliyini təsdiq edə bilsin. Lider öz hakimiyyətini ardıcıllarından alır, çünki onlar onu lider kimi tanıyırlar. Öz mövqeyini saxlamaq üçün davamçılara öz tələbatlarını ödəmək imkanını təklif etməlidir ki, bunsuz onlara nail olmaq olmaz.
Buna cavab olaraq ardıcıllar hakimlik etmək və onları idarə etmək kimi liderlik tələbatlarını ödəyir və təşkilatı məqsədlərə nail olmaq üçün kömək edirlər. Təcrübəli liderin işinin öyrənilməsi müəyyən etmişdir ki, müvəffəqiyyətə nail olmaq üçün liderlər təşkilatın gələcək vəziyyətinin obrazını yaratmaq qabiliyyətinə malik olmalı və onu ardıcıllara çatdırmağı bacarmalıdır. Lider ardıcıllar üçün o zaman cazibədar olur ki, lider özünün və davamçıların birgə səyi əsasında nail olunacağı görmək qabiliyyətinə malik olur. Ardıcıllara güc və enerji verən görünüş onları işin müvəffəqiyyətinə inanmağa məcbur edir.
Liderlik – qrup davranış formasıdır. Qrup və komandanın daxilində qarşılıqlı münasibət və liderlik qabiliyyəti xüsusi öyrənilən haldır

Cumartesi, Mart 03, 2012

Azerbaijan Travel


LENKORAN

This is a small seaside city near the southern border with Iran, with a population of 45.000, most of which are Iranian Talysh . The Talysh have preserved their old traditions and customs. They number about 30.000 in an area of about 600 sq. km, sometimes referred as Talyshtan.
The beneficial geographical conditions, fertile soil and rich natural resources from ancient times attracted people here as to a place of inhabitation. Since the epoch of neolith the centers of sedentary-agricultural civilizations were engendered here. In the epoch of bronze and early iron in this region there were constructed fortress-cities, and this tradition was continued in the antique period. Monuments of a

O Günə Hazır olaq


AXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRINDƏN “ELƏ BIR ZAMAN GƏLƏR KI...”


Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

”Axirəz-zamanda ümmətimin içindən bir dəstə peyda olar ki, onlar məsciddə oturub dünyadan və dünya sevgisindən danışarlar. Onlarla qaynayıb-qarışmayın. Çünki Allahın onlara ehtiyacı yoxdur. (Yəni onlar Allaha bəndəlik etməzlər və Allah onları öz bəndəsi saymaz)“.


Pazar, Şubat 26, 2012

Neftçalada Xocali Sevgisi


Neftçalada “Xocalı” abidəsinin açılışı olmuşdur
Son illərde Xocali faciyəsinin daha geniş çərçivədə ictimayətə çatdırılması bizim rayondada özünü göstərməkdədir.
Fevralın 25-də Neftçala şəhərinin Heydər Əliyev Prospektində “Xocalı” abidəsinin açılışı olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Milli Məclisin deputatı Arif Rəhimzadə, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri, şəhər sakinləri abidə önünə əklillər və gül dəstələri düzərək Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasim iştirakçıları Rayon Rəsm Qalareyasında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, rayon mədəniyyət sarayında “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər