Biznesde Liderlik
Lider istənilən qrupda, təşkilatda və insanların müxtəlif birlik və sosial sistemlərində obrazdır, roldur. Bu obraz öz daxili strukturuna və yeniləşmə dərəcəsinə görə rəngarəng və generativdir
Liderlik kommunikasiya prosesi ilə müəyyən situasiyada mövcud olan şəxslər arası qarşılıqlı təsir olub müəyyən məqsəd və məqsədlərə istiqamətlənir. Başqa sözlə desək liderlik insan qrupuna təsir edir ki, onu qarşıda duran məqsədlərə nail olmağa ruhlandırır. Liderlik ümumi məqsədlərə nail olmağa kömək edən insanlara təsirdir. Güc və məcburiyyət liderlikdə ruhlandırma və həvəsləndirmə ilə əvəz edilir. Bunun nəticəsində təsir mexanizmi liderin tələblərinin insanlar tərəfindən hakimiyyəti istifadə etmədən qəbul etməyə imkan verir. Liderlik situasiya üçün ən effektiv elə tip qarşılıqlı münasibətlərdir ki, müxtəlif hakimiyyət mənbələrindən istifadə edərək insanları ümumi məqsədlərə nail olmağa həvəsləndirir. Beləliklə liderlik liderin davamçıların və situasiya dəyişənlərinin funksiyasıdır. Liderlik də hakimiyyət kimi insanın malik oldu potensialdır.
Liderlik münasibətlərini fərqləndirən odur ki, davamçılar liderliyi o zaman qrup və ya təşkilatın tərkib hissəsi kimi qəbul edirlər ki, lider öz komponentliyini və dəyərliliyini təsdiq edə bilsin. Lider öz hakimiyyətini ardıcıllarından alır, çünki onlar onu lider kimi tanıyırlar. Öz mövqeyini saxlamaq üçün davamçılara öz tələbatlarını ödəmək imkanını təklif etməlidir ki, bunsuz onlara nail olmaq olmaz.
Buna cavab olaraq ardıcıllar hakimlik etmək və onları idarə etmək kimi liderlik tələbatlarını ödəyir və təşkilatı məqsədlərə nail olmaq üçün kömək edirlər. Təcrübəli liderin işinin öyrənilməsi müəyyən etmişdir ki, müvəffəqiyyətə nail olmaq üçün liderlər təşkilatın gələcək vəziyyətinin obrazını yaratmaq qabiliyyətinə malik olmalı və onu ardıcıllara çatdırmağı bacarmalıdır. Lider ardıcıllar üçün o zaman cazibədar olur ki, lider özünün və davamçıların birgə səyi əsasında nail olunacağı görmək qabiliyyətinə malik olur. Ardıcıllara güc və enerji verən görünüş onları işin müvəffəqiyyətinə inanmağa məcbur edir.
Liderlik – qrup davranış formasıdır. Qrup və komandanın daxilində qarşılıqlı münasibət və liderlik qabiliyyəti xüsusi öyrənilən haldır
Hiç yorum yok:
Yorum Gönder