Məni bezdirən QadIN
Onun əlindən boğaza yığılmışam. Amma yenə zəng edir, hətta rayonda ola-ola, soraqlaşıb mobil telefonumu da tapıb. Qohumlarım nə qədər bundan imtina etsələr də, əlaqə telefonumu əldə edə bilib. Mən onun son ümidiyəm. Ən sonuncu... Qadının dərdi böyükdür. Oğlu əldən gedir. Gedir deyəndə ki, ölüb eləməyib, sadəcə, ailə qurandan sonra anasından üz döndərib.
O, ata-anasının gözünün işığıdır. Valideynlər oğullarını nişanlayıb, məclisin şirinlik konfetini yeyib qurtarmamışdılar ki, qudalar arasında söz-söhbət yarandı. Oğlana qızı anası bəyəndirmişdi. O özü qızla əlaqəsi olan cavanlardan deyildi. Di gəl ki, indi də bu problem ortaya çıxmışdı. Bunun səbəblərini açıb oğluna danışanda övladı "mənim həyatımla oynayırsan, bu ailəni özün bəyənmişdin, amma indi yola getmirsən" - dedi. Problem axırda belə həll olundu ki, nişan qayıtdı, iki ayda isinişmiş qız da, oğlan da boyunlarını bükərək, bir-birlərinə kənardan baxışmağa başladılar.
Oğlan düz 3 il nişanlanmadı. Anasıyla əlaqələrini kəsib üzünə baxmadı. Amma sonradan yumşaldı. Ürəyindəki sevgini dənf etmiş bu cavan hətta anasının bəyəndiyi ikinci qıza da baxmağa getdi. Bəyəndi də. Təmtəraqla toy elədilər, evə gəlin gətirdilər. Amma...
Toydan üç ay sonra yenə söz-söhbət, umu-küsü başlandı. Amma bu dəfə gəlinlə qaynana arasında. Ana gəlinini yola gətirmək üçün çox çalışdı. Oğlan anasına məxsus evi tərk etdi, qaynatası ilə köməkləşib, yeni mənzil aldı, valideynlərindən birdəfəlik üz döndərdi.
İki ildir danışmırlar. Ana oğlunun bu cür dönüklüyündən əzab çəkərək, mənə üz tutub. Əlaqə nömrəmi taparaq zəng eləyir. "Alo" deməyimə peşman oluram. "Qurban olum bala, son ümidim sənsən, məni oğlumla barışdır" - dedi: "Mən övladımın səsindən ötrü şişirəm. Oğlumun səsini eşitmək üçün ölürəm".
Övladının da anası kimi inadkar olduğunu bilsəm də, bu müqəddəs varlığın mənə olan son ümidini qırmaq istəmədim: "Yaxşı, çalışaram" - dedim.
İndi mənim üzərimə böyük bir məsuliyyət düşüb, çiyinlərimə isə ağır yük. Oğlanla görüşüb bu problemi həll etmək istədim. Görüşümüz nə az-nə çox - 1 saat 45 dəqiqə çəkdi. Onu yola gətirmək istədim: "Bax, neçə ildir evlənmisən, amma övladın yoxdur. Nə qədər ki, anan sənin üzünə həsrətdir, göz yaşları axıdır, övladın olmayacaq".
- Mən onunla barışa bilmərəm.
- Sənə kim deyir ki, barış, heç olmasa icazə ver, hərdən sənə zəng vursun.
- Fikirləşərəm.
- Bir ay fikirləşmək üçün bəs edər?
- Baxaram.
Ayrıldıq. Bir aydan da artıq vaxt keçəndən sonra yenidən görüşdük. Özü də axşam, onun evində...Gərginliyi yumşaltmaq üçün anaların övladın çiyinindəki müqəddəs borcdan söhbət saldım. Diplomat, siyasətçi olmasa da, söhbətin nə üçün bu məcraya yönəldiyini aydın şəkildə başa düşdü.
- Sən məndən 1 ay vaxt istəmişdin.
- Bilirsən Anar, xahiş edirəm, ailə işimə qarışma. Bunu biz özümüz bilərik.
- Axı...
- Mən səndən xahiş etdim.
Mübahisəmiz daha da gərginləşdi, söhbətimiz uzandı. Bir də baxdım ki, gecə saat 4-dür. Biz 5 saata yaxındır mübahisə edirik. Yerimizə uzanıb yatmağa hazırlaşdıq. Amma gözümə yuxu çox gec gəldi. Saat 5-dək yata bilmədim. Mən indi anaya nə cavab verim, necə deyim ki, oğlun səni birdəfəlik atıb, sən bir də onun üzünü görməyəcəksən.
Ana indi də zəng edir, hər həftə, hər gün. Mənsə ona yalanlar uydururam: "Bu həftə görüşə bilməmişik, vaxtı yoxdur". Ananın sualları bitib-tükənmir:
- Nə təhərdir? Xəstələnib eləməyib?
- Yox, səsindən başa düşdüm ki, kefi kökdür.
- Onun səsinə qurban olum. Oğluma gələn qada-bala mənə gəlsin. Sənə də qurban olum bala.
- Allah eləməsin xala.
- Qurban olum bala, gör neynirsən. Heç olmasa bircə dəfə, uzaqdan da olsa səsini eşidim övladımın. Onun nəfəsinə qurban olum.
- İnşallah, xala, inşallah.
O, hər gün zəng edir. Mənsə aldadıram.