Pazar, Şubat 26, 2012

Neftçalada Xocali Sevgisi


Neftçalada “Xocalı” abidəsinin açılışı olmuşdur
Son illərde Xocali faciyəsinin daha geniş çərçivədə ictimayətə çatdırılması bizim rayondada özünü göstərməkdədir.
Fevralın 25-də Neftçala şəhərinin Heydər Əliyev Prospektində “Xocalı” abidəsinin açılışı olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Milli Məclisin deputatı Arif Rəhimzadə, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri, şəhər sakinləri abidə önünə əklillər və gül dəstələri düzərək Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasim iştirakçıları Rayon Rəsm Qalareyasında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, rayon mədəniyyət sarayında “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər